Zaqreb Qran Pri turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

17 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Qran Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 6 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.
Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz!
Qadınlar
-48 kq.
Leyla Əliyeva - Lisa Denq (Avstriya)
-52 kq.
Gültac Məmmədəliyeva - Roza Qyertyas (Macarıstan)
-70 kq.
Südabə Ağayeva - Luana Karvalho (Braziliya)
Kişilər
-60 kq.
Nazir Talıbov - Younes Saddiki (Mərakeş)
Əhməd Yusifov - Luis Barroso Lopez (İspaniya)
-66 kq.
Kəramət Hüseynov - Bense Ponqras (Macarıstan)
Kamran Süleymanov - Lusian Bors Dumitresku (Rumıniya)
-73 kq.
Rəşid Məmmədəliyev – Fey Niya (Qambiya)
+100 kq.
Uşanqi Kokauri - Muhamed El Mehdi Lili (Əlcəzair)
