Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
İlk oyunda Maqnus Karlsen qələbə qazandı -
İlk oyunda Maqnus Karlsen qələbə qazandı

Bakıda keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycan təmsilçisi Nicat Abasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.

Qara fiqurlarla mübarizə aparan Nicat Abasov rəqibinə məğlub olub. İkinci qarşılaşma sabah keçiriləcək.

Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV