Vinq Çun Federasiyasının idmançıları Vətənə uğurlu nəticələrlə döndülər

Honq Konqda keçirilən Çin döyüş növləri üzrə 15-ci beynəlxalq festival və Vinq Çun üzrə 11-ci dünya çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin və idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər,  həmçinin idmançıların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, yarışda Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizi təmsil edən idmançılar yarışlarda 6 qızıl, 4 gümüş medal qazanıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV