Zaqreb Qran-Prisində ikinci günündə 2 cüdoçumuz mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Qran Pri turnirinin ikinci yarış günü keçirilir.
19 avqustda 2 çəki dərəcəsində 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Kişilər arasında -73 kq. çəkidə Rəşid Məmmədəliyev, qadınlar arasında isə -70 kq. çəkidə Südabə Ağayeva tatamiyə çıxacaq.
Turnir Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
