3x3 basketbol Bakı mərhələsində qadın millimiz və "Neftçi" nin oyun təqvimləri müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində qadın millimiz və "Neftçi" nin qrupları və oyun təqvimləri müəyyənləşib
22-23 avqust tarixlərində doğma Bakımızda 16 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.
D qrupunda qərarlaşmış 3x3 qadın millimiz Litva və Almaniya milliləri ilə mübarizə aparacaq. Qadın millimizin ilk oyunu 22 avqust saat 18:15 -də Litva seçməsinə qarşı olacaq. Təmsilçimiz “Neftçi” isə C qrupunda "Yuanda" (Çin) və təsnifat mərhələsi qrupundan lider kimi əsas qruplara qalmağa çalışan üç millidən (İtaliya, Malayziya və Tayland) biri ilə mübarizə aparacaq və ilk oyununu saat 17:50 -də məhz bu yığmalardan biri ilə keçirəcəkdir. Qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Bakı mərhələsinin oyunları dənizkənarı bulvarda yerləşən saat qülləsinin yanında keçiriləcək.
