Qadın voleybolçularımız Türkiyə millisinə məğlub olub

Avropa çempionatında çıxış edən qadın voleybolçulardan ibarət millimiz bu gün növbəti oyununu Türkiyəyə qarşı keçirib. Düsseldorf şəhərində baş tutan qarşılaşmada komandamız 0:3 (13:25, 13:25, 13:25) hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamızın sabah oyunu yoxdur. Növbəti matçımız avqustun 22-də Yunanıstan kollektivinə qarşı olacaq.

Avropa çempionatı

20 avqust

C qrupu

Türkiyə - Azərbaycan 3:0 (25:13, 25:13, 25:13)

Müəllif: Bəhruz MƏMMƏDOV