İki idmançımız Avropa rekordunu yeniləyərək medallar qazanıb

Pauerlifterlərimiz Talıb Zeynalov (+107 kq) BƏƏ-nin Dubay şəhərində pauerlifitnq üzrə keçirilən dünya çempionatında, gənclərin yarışında 2 gümüş medal qazandı. T.Zeynalov ən yaxşı qaldırdığı nəticəyə görə (160 kq) və umümi qaldırdığı çəkiyə görə (307 kq) gümüş medallara sahib çıxıb.

Pauerlifterlərimiz Leyla Kərimova (+86 kq) BƏƏ-nin Dubay şəhərində pauerlifitnq üzrə keçirilən dünya çempionatında gənclərin yarışında 2 qızıl medal qazandı. L.Kərimova ən yaxşı qaldırdığı nəticəyə görə (78 kq) və umümi qaldırdığı çəkiyə görə (148 kq) qızıl medallara sahib çıxıb.

Hər iki idmançımız öz kateqoriyalarında gənclər arasında Avropa rekordunu yeniləyib.

Müəllif: Bəhruz MƏMMƏDOV