Qadın voleybolçulardan ibarət millimiz bu gün İsveç yığması ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq. Qrup mərhələsində son qarşılaşmada rəqibimiz İsveç yığması olacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və "CBC Sport" televiziya kanalı ilə canlı yayımlanacaq.

Avropa çempionatı

23 avqust

C qrupu

22:00 İsveç - Azərbaycan

Müəllif: Bəhruz MƏMMƏDOV