Zaqreb Dünya çempionatı: cüdoçularımız finalda bir-birləri ilə görüşəcək

23 avqust Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının ilk günündə iki cüdoçumuz finala çıxıb.

Oğlanlar arasında -50 kq. çəki dərəcəsində yarımfinalda cüdoçularımız Məhəmməd Məmişov gürcüstanlı idmançı Şota Baçoşviliyə, Nihad Məmişov isə qazaxıstanlı idmançı Nurbol Askara qalib gəlib. Cüdoçular finalda bir-biriləri ilə qarşılaşacaqlar.

-55 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Mirxaliq İskəndərov üçüncü yer uğrunda fransalı cüdoçu Adrian Mivovana ilə mübarizə aparacaq.

Final görüşləri saat 18:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Müəllif: Natiq NƏSİROV