Dünya çempionatının ikinci günündə 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının ikinci günündə 4 çəki dərəcəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

24 avqustda oğlanlar arasında -60 kq. çəkidə Məhəmməd Musayev, -66 kq. çəkidə Əbil Yusubov və Cəsur İbadlı güclərini sınayacaq.

Qızlar arasında isə -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova tatamiyə çıxacaq.

İlkin görüşlər saat 10:30-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Müəllif: Natiq NƏSİROV