AVF rəsmiləri millimizin məşqini izləyiblər

Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz bu gün baş tutacaq İsveçlə oyun öncəsi məşqə çıxıb. Komandamız qrup mərhələsindəki son oyuna hazırlığı "Castello Düsseldorf" arenada davam etdirib.
Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya nümayəndələri də yığmamızın bugünkü məşqində olublar. Onlar ilk olaraq voleybolçularımızı dünənki qələbə münasibətilə təbrik ediblər. Federasiya rəsmiləri oyuna hazırlıq prosesi ilə maraqlanıb, bugünkü mühüm qarşılaşmada komandamıza uğurlar arzulayıblar.
Qeyd edək ki, millimiz bu gün qrupda son matçını İsveçə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və "CBC Sport" kanalı ilə canlı yayımlanacaq.

