Dünya çempionatının üçüncü günündə 2 cüdoçumuz mübarizəyə başlayacaq

25 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının üçüncü yarış günü keçirilir.
Yarışın üçüncü günündə qızlar və oğlanlar arasında 2 çəki dərəcəsində 2 cüdoçumuz tatamiyə çıxacaq.
Qızlar arasında -63 kq. çəkidə Kamilla Toholiyeva, oğlanlar arasında isə -73 kq. çəkidə Süleyman Şükürov güclərini sınayacaq.
İlkin görüşlər saat 11:00-da başlayacaq.
