Beynəlxalq Cüdo Federasiyası: Zaqreb Dünya çempionatının həyəcanlı anları

Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytı Zaqrebdə keçirilən yeniyetmələr arasında Dünya çempionatının ikinci gününün mübarizələrini əks etdirən məqalə təqdim edib. -60 kq. və -66 kq. çəki dərəcələrində yarışan yeniyetmə oğlanlar dünya titullarını qazanmaq, tanınmaq və növbəti səviyyəyə yüksəlmək üçün gərgin mübarizə aparıblar.

Məqalədə -60 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Musayev və litvalı cüdoçu Polikeviçiusun uğur hekayələri vurğulanıb. İdmançılar sübut ediblər ki, reytinq cədvəli təkcə böyük idmançılar üçün deyil, həmçinin yeniyetmə cüdoçular üçün də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Dünya sıralamasında 1-ci yeri tutan Musayev və 7-ci olan Polikeviçius heç bir geri addım atmadan turnirdə irəliləyə biliblər və bir-biri ilə qarşılaşıblar.

Turnir boyu Belçika, Fransa, Rumıniya, Slovakiya, Yaponiya və Kanada kimi müxtəlif ölkələrdən olan rəqiblər ilə qarşılaşmaqlarına baxmayaraq, hər ikisi məğlubedilməz olaraq qalıblar.

İdmançımız yarımfinalda litvalı idmançıya qalib gələrək finala vəsiqə qazanıb və finalda İsrailli cüdoçu İsaq Aşpizlə üz-üzə gəlib. Görüşün nəticəsində Məhəmməd çempionatın gümüş medalını əldə edib.

Turnirdə diqqət çəkən digər məqam isə cüdoçumuz Əbil Yusubovun (-66 kq.) görüşləri olub. Məqalədə Yusubovun əvvəlki yarışlardakı nailiyyətləri vurğulanıb: “Azərbaycanlı idmançı Teplisdə keçirilən Avropa Kubokunun və yeniyetmələrin Avropa çempionatının qızıl medalçısıdır. O, özünəməxsus üslubu, güclü texnikaları və gözlənilməz hücumları ilə rəqiblərini təəccübləndirməyi bacarıb və idmançı finala gedən yolda 4 görüşünü qalibiyyətlə tamamlayıb.

Finalda Yusubov polşalı cüdoçu Szuliklə çətin mübarizə aparıb. Görüşün nəticəsində Əbil komandanın ümidlərini doğruldaraq layiqli gümüş medal qazanıb.“

https://www.ijf.org/news/show/day-2-israel-and-poland-take-the-men-s-golds-against-seeding

Müəllif: Natiq NƏSİROV