Avropa Cüdo Birliyi: aşağı reytinqli idmançılar yüksək reytinqli rəqiblərini məğlub etdilər

Avropa Cüdo Birliyinin rəsmi səhifəsində Zaqreb yeniyetmələr arasında Dünya çempionatının ikinci günündə idmançılarımızın çıxışları işıqlandırılıb.
Məqalənin Azərbaycan dilinə tərcüməsini diqqətinizə çatdırırıq:
“-60 kq. çəki dərəcəsində reytinqdə birinci olan Məhəmməd Musayev turnirdə qızıl medalı hədəfləmişdir, lakin o israilli idmançı İsaq Aşpiz ilə finalda çətinliklə üzləşdi. Hər iki cüdoçu qarşılaşma zamanı bəzi səhvlərə yol verdi, çox güman ki, onlar həyacanlıydılar - hər biri iki “şido” alaraq müsabiqəyə həyəcan qatdı. Son anda Musayev “ko uchi qarı” ilə hücuma keçdi, lakin Aşpiz “sasae tsurikomi aşi” ilə cavab verərək “waza-ari” xalı qazandı. Bu arada Musayev hər iki dirsəyini yerə qoydu və bu da üçüncü “şido” ilə nəticələndi.
-52 kq. çəki dərəcəsində finalda fransalı idmançı Alisya Pulanjı Azərbaycanlı idmançıya qarşı güclü rəqib idi. Mübarizə “golden score”-a qədər uzandı və Fransa idmançısının daha çox enerjili olduğu görünürdü. Gərgin mübarizə 3 dəqiqə 13 saniyə davam etdi, hər iki idmançı “seoi nage” atmağa cəhd edirdi. Daha sonra Qədəşova “sumi gaeşi” fəndi ilə hər kəsi təəccüblədirdi və strateji çarpaz tutma ona qalibiyyət qazandırdı.
-66 kq. çəki dərəcəsində daha bir lider Əbil Yusubov reytinqini qoruyub saxlamağı hədəfləyirdi. O, polşalı idmançı Simon Sulikə qarşı “tomoe nage” tətbiq etdi. Bununla belə, cəmi 40 saniyə ərzində Sulik “ippon” hesabı ilə “seoi nage” həyata keçirərək dünya çempionluğunu təmin etdi.”.
https://www.eju.net/underdogs-overcome-top-seeds/
