Dünya çempionatından dönən cüdoçularımız havalimanında böyük çoşqu ilə qarşılandı

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının ilk yarış gün möhtəşəm nəticə əldə edən cüdolarımız Vətənə qayıdıb.
İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Qalib cüdoçularımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.
