Süleyman Şükürov dünya çempionatının bürünc medalını qazandı

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Serbiya təmsilçisi Boqdan Veliçkoviçə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medal əldə edib.
