FIFA referilərimiz UEFA seminarında iştirak edəcəklər

Ə.Ağayev sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/24 yay kursunda iştirak edəcək. Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilmiş referilər dəvət edilib.

Toplantının əsas məqsədləri bunlardır:

- UEFA-nın əvvəlki mövsümdəki oyunlarının təcrübəsini öyrənmək;

- Yeni mövsüm üçün əsas təlimatlarla tanış olmaq;

- İştirakçıların fiziki hazırlıq səviyyəsini yoxlamaq.

E.Məsiyev isə 29-31 avqust tarixlərində UEFA-nın baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqramda iştirak edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV