"Araz-Naxçıvan" mübarizəni dayandırıb

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün turnirin qrup mərhələsində son oyununu keçirib.

Latviyada keçirilən oyununda meydan sahibi “Riqa” komandası ilə qarşılaşan təmsilçimiz 3:8 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

“Araz-Naxçıvan”ın heyətində Amadeu dubla imza atıb, digər qolu isə Katatau vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV