Beynəlxalq Cüdo Federasiyası: "Artıq heç kəsə asan olmayacaq, çünki Azərbaycan gəlir!"

Beynəlxalq Cüdo Federasiyasının redaktoru Co Krouli son dərc olunan məqalədə Azərbaycan komandasının turnir boyu həm qızlarda, həm oğlanlarda yüksək səviyyədə bacarıq nümayiş etdiyini və yarışın qedişatına əhəmiyyətli təsir göstərdiyini bildirib:  

“Azərbaycanlı  Xədicə Qədəşovanın ilk dəfə qadın Dünya çempionu olması cüdo da əlamətdar hadisəyə çevrilib. Azərbaycan ənənəvi olaraq güclü kişi cüdoçusu ilə tanınır, indi onların qadın idmançılarının da müstəsna qabiliyyətlərini nümayiş etdirməsi beynəlxalq cüdo aləmində dönüş nöqtəsinə çevrildi.

Müəllifin sözlərinə görə, qarışıq komanda yarışlarının hər kəs üçün daha rəqabətli və “təhlükəli” keçməsi gözlənilir, çünki  AZƏRBAYCAN gəlir!.

Müəllif: Natiq NƏSİROV