Ramazan Əhmədov: "Öz səhvimə görə yenildim"

"Hədəfim çempion olmaq idi. Amma bürünc medal əldə etdim. Növbəti yarışlarda buna nail olmaq üçün çalışacağam".

Bu sözləri Xorvatiyada keçirilən dünya çempionatında bürün medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov deyib.

90 kq-dan yuxarı çəki dərəcəsində yarışan idmançı turnirə yaxşı hazırlaşdığını bildirib: "Yarımfinalda türkiyəli İbrahim Tataroğluna uduzdum. Onu tanıyırdım. Öz səhvimə görə yenildim".

Müəllif: Natiq NƏSİROV