Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub

“Red Bull” komandasının holland pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 13-cü mərhələsinin - Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub. Yarışlar Zandvoortdakı dövrədə keçirilir.
İkinci yeri “McLaren” komandasından britaniyalı Lando Norris tutub. Üçüncü yerdə isə "Mercedes"in britaniyalı pilotu Corc Rassel qərarlaşıb.
Qeyd edək ki, Niderland Qran-Prisinin əsas yarışı bazar günü keçiriləcək.
