"Neftçi" Pon du Qar mərhələsinə qələbə ilə başlayıb

31 avqust Fransanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində qrup oyunları start götürüb.
Təmsilçimiz "Neftçi" qrupun ilk oyununda Misir millisi ilə qarşılaşıb və rəqibinə 21-12 hesabı ilə qalib gəlib.
"Neftçi" nin qrupda ikinci oyunu Niderland seçməsinə qarşı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:20 -də baş tutacaq.
