"Challenge" seriyasına aid Dünya kuboku başa çatıb

İdman gimnastikası üzrə yarışlar sentyabrın 16-sı və 17-də daha bir “Challenge” seriyasına aid Dünya kuboku ilə davam edib.

Yarışda ölkəmizi Azərbaycan yığma komandasının üzvü Mənsum Səfərov təmsil edib.

İdmançımız turnikdə (11.400 xal) 23-cü pillədə qərarlaşıb. O, sərbəst hərəkətlərin icrasında isə 26-cı (12.850 xal) olub.

Müəllif: Natiq NƏSİROV