AGF TROPHY 2026: İlk günün nəticələri açıqlandı

3-5 aprel tarixlərində Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə AGF TROPHY 2026 beynəlxalq turnirinin ilk günü başa çatıb. Turnirin ilk günündə gənclər və böyüklər yaş kateqoriyasındakı gimnastlar fərdi proqramda top və halqa ilə, qrup hərəkətləri proqramında isə 5 top ilə çıxışlarını nümayiş etdiriblər.

Ölkəmizi bu turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil edirlər.

İlk günün təsnifat mərhələsinə əsasən halqa ilə proqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramda Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva final mərhələsinə yüksələ biliblər.

15 ölkənin iştirak etdiyi turnirə 5 aprel tarixində yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV