Ağırllıqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək
ESTAFET/ Oktyabrın 5-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyinə start veriləcək.
İki gün davam edəcək turnirdə bütün regionlardan klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edəcək.
Çempionatın təşkilində məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində bu idman növünün inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığmalara seçilməsi, beynəlxalq yarışlar üçün hazırlıqlı idmançıların müəyyən olunmasıdır.