Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Krivotsyukun komandasından qələbə -
Krivotsyukun komandasından qələbə

ESTAFET/ Futbol üzrə Cənubi Koreya çempionatında 33-cü turun oyunları keçirilib.

 Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Jeju Yunayted”lə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 90+1-ci dəqiqədə sarı vərəqə də alıb.

“Daejeon” hazırda 45 xalla 8-ci pillədə qərarlaşıb.

Müəllif: Bəhruz MƏMMƏDOV