Azərbaycan parataekvondoçusu qran-prinin qalibi oldu

ESTAFET/ Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çinin Tayyuan şəhərində keçirilən qran-pridə uğurlu çıxış edib.

80 kq çəki dərəcəsində, K-44 kateqoriyasında qüvvəsini sınayan yığma üzvü qızıl medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndirib.

Müəllif: Natiq NƏSİROV