Azərbaycan samboçularından DÇ-də 5 medal

Azərbaycan samboçuları Qırğızıstanın Bişkek şəhərində keçirilən dünya birinciliyində 5 medal qazanıblar.

Yeniyetmələr 1 gümüş, 2 bürünc, gənclər isə 2 gümüş medala yiyələniblər.

Yeniyetmələrin yarışında Nicat Sultanov (71 kq) ikinci, Ziyəddin Zeynallı (53 kq) və Sulhan Süleymanlı (79 kq) üçüncü yeri tutublar.

Sahib Babayevlə (58 kq) Rəsul Aydəmirov (98 kq) isə gənclər arasında birincilikdə fəxri kürsüyə gümüş mükafatçı kimi qalxıblar.

Müəllif: Natiq NƏSİROV