Azərbaycan – Şimali İrlandiya oyununun hakimləri açıqlandı

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də, saat 18:00-da, “Azersun Arena”da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun hakimləri açıqlanıb.
Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək
Baş hakim: Georgi Davidov
Baş hakimin köməkçiləri: Georgi Doynov, Miroslav Maksimov
Dördüncü hakim: Kristiyan Kolev
