Azərbaycan dünya çempionatına ev sahibliyi üçün namizədliyini verib

ESTAFET/ Yaponiyanın paytaxtı Tokioda Beynəlxalq Sumo Federasiyasının illik iclası keçirilib.

İclasda ölkəmizi Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirovla Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev təmsil ediblər.

Bir sıra cari məsələlər müzakirə edildikdən sonra, Beynəlxalq Sumo Federasiyasına prezident seçkiləri keçirilib. Kazufumi Minami quruma yeni rəhbər seçilib.

Tədbirdə Azərbaycan 2026-cı il dünya çempionatının ölkəmizdə keçirilməsini namizədliyini irəli sürüb.

Müəllif: Zaur HACIYEV