Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Millimiz seçmə mərhələdə mübarizəyə başlayır -
Millimiz seçmə mərhələdə mübarizəyə başlayır

ESTAFET/ Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

Yığmamız ilk görüşünə səfərdə çıxacaq.

Komanda saat 20:00-da Skopyedə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV