Türkiyənin AÇ-2032-dən əldə edəcəyi gəlir açıqlandı

Türkiyə 2032-ci ildə keçirəcəyi futbol üzrə Avropa çempionatından 1 milyard ABŞ dollarından çox gəlir əldə edəcək.

Sports.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

62 yaşlı funksioner AÇ-2032-yə görə ölkəyə 2 milyondan çox turistin də səyahət edəcəyini vurğulayıb.

Qeyd edək ki, AÇ-2032-yə Türkiyə ilə yanaşı, İtaliya da evsahibliyi edəcək.

Müəllif: Estafet.az