Millimizdən növbəti ağır məğlubiyyət
ESTAFET/ Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən "IHF Trophy"də növbəti oyununa çıxıb.
Yığma Bolqarıstan ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 48:25 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 iki gün əvvəl meydan sahibi Kosovoya 8:49 hesabı ilə yenilmişdi.