Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
- Qurban Qurbanov mükafatını Macarıstanda alacaq
Qurban Qurbanov mükafatını Macarıstanda alacaq

ESTAFET/ Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim "ədalətli oyun" prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - "Joao Barotra" diplomuna layiq görülən "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək təntənəli mərasimə dəvət olunub.

Qurbanov oktyabrın 21-i keçiriləcək qala gecədə mükafatını alacaq.

Qeyd edək ki, Qurban Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

Müəllif: Natiq NƏSİROV