Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Azərreyl” qələbə ilə başladı -
“Azərreyl” qələbə ilə başladı

ESTAFET/ Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokuboklarda 2023/2024 mövsümünə qələbə ilə start verib.

Azərbaycan təmsilçisi Çelenc Kubokunun 1/32 final mərhələsinin ilk matçında inamlı qalibiyyət əldə edib.

Ukraynanın “Balta” klubunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qəbul edən “Azərreyl” rəqibini 3:0 (25:18, 25:18, 25:18) hesabı ilə məğlub edib.

Bu komandalar oktyabrın 18-də eyni məkanda cavab oyununda qarşılaşacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV