“Tottenhem” öz rekordunu təkrarladı

ESTAFET/ İngiltərənin “Tottenhem” klubu 63 illik rekordu təkrarlayıb.

London təmsilçisi 1960-cı ildən bəri ölkə çempionatında ən uğurlu startına imza atıb.

Paytaxt komandası ilk 9 turda 23 xal toplayaraq, özünə məxsus ən yaxşı göstəricini təkrarlayıb. 63 il əvvəlki mövsümdə “Tottenhem” ölkə çempionluğunu qazanmışdı.

Hazırda Premyer Liqaya liderlik edən “Tottenhem” ən yaxın izləyiciləri olan “Mançester Siti” və “Arsenal”ı 2 xal qabaqlayır.

Müəllif: Zaur HACIYEV