“İrəvan”a texniki məğlubiyyət verildi

ESTAFET/ AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda I Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“İmişli” – “İrəvan” oyunu qonaq komandanın matça gəlməməsi səbəbindən baş tutmadığına görə “İrəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, “İrəvan” klubu 400 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 20 nömrəli futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zaqatala” klubu 50 manat cərimə edilib.

“Araz Saatlı” – “Difai Ağsu” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Araz Saatlı” – “Difai Ağsu” oyununun 87-ci dəqiqəsində “Araz Saatlı” klubunun 6 nömrəli futbolçusu Həmzə Əliyevin rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz Saatlı” klubu 80 manat cərimə edilib.

“Araz Saatlı” – “Difai Ağsu” oyununun 82-ci dəqiqəsində “Difai Ağsu” klubunun 2 nömrəli futbolçusu Seymur Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Difai Ağsu” klubu 50 manat cərimə edilib.

“Karvan” – MOİK oyununda “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” klubu 70 manat cərimə edilib.

“Karvan” – MOİK oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilib.

Müəllif: Məsim MƏSİMZADƏ