AZERRAIL 1/16 finalda

Qadın voleybolçulardan ibarət AZERRAIL klubu Çelenc kubokunda növbəti mərhələyə yüksəlib. Komandamızın 1/32 finalda rəqibi Ukraynanın SC BALTA klubu olub.

Bu gün cütün cavab matçı baş tutub. Dünən keçirilən ilk oyunda 3:0 hesabı ilə qələbə qazanmış AZERRAIL rəqibini yenə eyni hesabla məğlub edib. Bununla da təmsilçimiz hər iki görüşdə rəqibini üstələyərək 1/16 finala vəsiqə qazanıb.

Növbəti mərhələdə AZERRAIL İspaniyanın Avarca de MENORCA klubu ilə üz-üzə gələcək. Oyunlar noyabr ayında baş tutacaq.

Çelenc kuboku

1/32 final

18 oktyabr

2-ci oyun

SC BALTA - AZERRAIL 0:3 (23:25, 15:25, 19:25)

1-ci oyunun nəticəsi

AZERRAIL - SC BALTA 3:0 (25:18, 25:18, 25:18)

Müəllif: Bəhruz MƏMMƏDOV