YELKƏNLİ İDMAN ÜZRƏ I DƏRƏCƏLİ TƏLİMATÇILIQ KURSU VƏ SERTİFİKASİYA İMTAHANI
ESTAFET/ Azərbaycan Yelkənli İdman Federasiyası Yelkənə marağı olan şəxsləri Yelkənli İdmanı üzrə I dərəcəli təlimatçılıq kursunda iştirak etməyə dəvət edir!
Kurs, 25-29 May 2016-cı il tarixləri arasında Azərbaycan Yelkənli İdman Federasiyasının baş ofisində keçiriləcək. Kurs zamanı iştirakçılar İlkin tibbi yardım, Əsas və köməkçi Yelkən bacarıqlarının tədris edilmə metodologiyası sahəsində bilik və bacarıqlara yiyələnəcəklər.
Kursda iştirak ödənişlidir və yalnız sertifikasiya imtahanından uğurla keçən iştirakçılar sertifikart ilə təltif olunacaqlar.
Kurs, Beynəlxalq Yelkənli İdman Federasiyasının (ISAF) eksperti Emrah Sürmen tərəfindən aparılacaq.
Namizədlər üçün tələblər:
Mükəmməl ana dili biliyi
Üzmək bacarığı
Yelkən haqqında ümumi biliklərə sahib olmaq
İdman fəaliyyətləri üçün sağlamlıq arayışı
16 yaşdan yuxarı
Qeydiyyat forması buradan əldə edə bilərsiniz. Namizədlər elektron ərizə formalarını 20 May 2016-cı il tarixinədək “Yelkən üzrə təlimatçılıq kursu” başlığı altında yazaraq info@sailing.az elektron poçt ünvanına göndərməlidirlər.
Daha ətraflı məlumat üçün:
+99412 497 44 05
+99477 497 44 05
www.sailing.az
info@sailing.az