ALMANİYA SUPERKUBOKU "BAVARİYA"NIN OLDU
ESTAFET/ Artıq Almaniya Superkubokunda da qalib müəyyən olub. Həlledici görüşdə ölkə çempionu Münxen "Bavariya"sı ilə Kubokun qalibi Dortmund "Borrusiya"sı ilə qarşılaşıb.
"Borrusiya"da Pulisiç və Obameyanqın, "Bavariya"dan Levandovski və Burkinın (öz qapısına) qolları görüşü 2:2 bərabərliyə gətirib. Oyunsonrası penaltilərdə daha dəqiq oynayan münxenlilər Superkuboku 6-cı dəfə öz muzeylərinə aparıblar.