“Dinamo” yenə Mahirsiz qələbə qazandı

ESTAFET/ Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Sözügedən komanda 17-ci tur çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.

Zaqreb təmsilçisi səfərdə qarşılaşdığı bu rəqibinə 2:0 hesabıyla qalib gəlib. Emreli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

"Dinamo" hazırda turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb.

Müəllif: Məsim MƏSİMZADƏ