Millimiz ikinci oyunda da məğlub oldu

ESTAFET/ 18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ikinci matçında ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (7:25, 17:25, 18:25). Komanda ilk görüşdə Polşaya da eyni hesabla uduzmuşdu.

Azərbaycan millisi dekabrın 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AÇ-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV