AVROPADA 6-CI OLDUQ

ESTAFET/ İsveçrənin Montrö şəhərində keçirilən taekvondo üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.

Yarışların son günündə Azərbaycan yığmasının daha bir idmançısı medal qazanmağa müvəffəq olub. Belə ki 87 kq çəki dərəcəsində mübarizə aparan Payam Qubadi yarımfinalda məğlub olaraq bürünc medal qazanıb. Bununla da komandamız yarışı bir dəst medalla başa vuraraq, ümumi komanda  hesabında Serbiya komandası ilə birlikdə 6-cı yeri bölüşüb.

Xatarladaq ki, yarışların ilk günlərində komandamızda Milad Hərçəqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) isə gümüş medal qazanmışdı.