İkinci günün qalibləri bəlli oldu - Azərbaycan Çempionatı

ESTAFET/ Kişi boksçular arasında Azərbaycan çempionatında ikinci günün döyüşləri keçirilib.
41 komandanın qatıldığı yarışda 33 görüş baş tutub.
60 kq, 63,5 kq, 67 kq, 75 kq və 80 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib. Mərhələ adlayanlar sırasında yığmanın üzvləri Malik Həsənov, Tayfur Əliyev, Nəbi İsgəndərov da yer alıb. Həmçinin, 1 illik fasilədən sonra yenidən Azərbaycan çempionatında mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev də ilk görüşünü qələbə ilə başa vurub.
Çempionatın 3-cü günündə isə 27 görüş olacaq. Döyüşlər Boks Mərkəzində keçirilir.
Qeyd edək ki, yarışın qalibləri dekabrın 8-də bəlli olacaq.
Azərbaycan çempionatı
1/8 final
60 kq
Maqsud Xasmetov (“Neftçi” İK) – Sərxan Əhmədov (“Firuz” BK) – 5:0
Əli Əliyev (BFL) – İkram Şahpalayev (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib
İdris Hanifayev (Masallı) – Ceyhun Məmmədov (Qusar) – ikinci tam üstünlüklə qalib gəlib
Fuad Tarverdi (“Qızıl əlcək” İK) – Aslan Quliyev (Z-1 İK) -birinci döyüşə gəlməyib
Ramazan Abdullayev (Balakən) – Nicat Atakişiyev (“Roman” İK) – birinci qalib gəlib
Elməddin Nurəddinov (“Zərbə” BK) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Fərid Sadıqov (“Neftçi” İK) – Eldəniz Baxşıyev (DİN İC) – 5:0
Ülvi Mirzəyev (UGM-13) – Nadir Malikov (METE) – 0:5
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Murad Mirzəbəyov (BFL) – birinci tam üstünlüklə qalib gəlib
Tural Qurbanov (MİK) – Fərid Qasımov (“Qızıl əlcək” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Ruslan Bayramov (DİN İC) – Muxtar Umayev (Şabran) – 4:1
Ruslan Rüstəmov (BFL) – Kamran Mustafazadə (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib
Heybətulla Hacıəliyev (BFL) – Elməddin Ağayev (Şirvan) – birinci tam üstünlüklə qalib gəlib
Cəlal Qurbanov (MİK) – Cəlal Əhmədov (“Qara papaq” İK) – birinci tam üstünlüklə qalib gəlib
Tayfur Əliyev (MİK) – Seymur Qurbanov (Xaşmaz) – ikinci döyüşə gəlməyib
Kənan Kazımov (“Cənub” İK) – Tamerlan Əliyev (“Zabit” İK) – 5:0
67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Seyidağa Nağıyev (“Qara papaq” İK) – 5:0
Səid Abdullayev (“Neftçi” İK) – Tərlan Quluzadə (“Qızıl əlcək” İK) – 5:0
İlqar Salahov (Qəbələ) – İbrahim Hüseynov (METE) – birinci tam üstünlüklə qalib gəlib
Xəlil Kazımov (Gəncə) – Nurlan Malikov (Sumqayıt) – 4:0
Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – Rəvan Hüseynzadə (Zaqatala) – birinci qalib gəlib
Nicat Məmmədov (Sabirabad) – Sənan Mehdiyev (Abşeron) – ikinci tam üstünlüklə qalib gəlib
Pərviz Quliyev (Ağcabədi) – Mehdi Həsənov (“Zenit” İK) – 5:0
Şəmsi Şahbazov (MİK) – Nazim Abazarlı (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib
75 kq
Rasim Əliyev (“Qızıl əlcək” İK) – Nicat Qurbanov (Gəncə) – 3:2
Minad Seyidov (ASK) – Novruzəli Quliyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib
Ənvər Babayev (“Təhsil” RİM) – Ruslan Yusifov (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib
Rasim Çobanlı (MİK) – Ümid Hüseynli (Z-1 İK) – birinci tam üstünlüklə qalib gəlib
Elnur Süleymanov (“Neftçi” İK) – Kamran İbrahimov (MİK) – 5:0
İsmayıl Hüseynov (Cəlilabad) – Şamil Fərruxov (“Neftçi” İK) – 5:0
Fərhad Seyidov (MİK) – Tacı Tağızadə (BFL) – 5:0
Hacımurad Aşurov (“Qara Papaq” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – ikinci qalib gəlib
80 kq
Cabbar İsmayılov (Sumqayıt) – Qoşqar Niyazizadə (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib
