İlin məşqçisi mükafatına namizədlər məlum oldu

ESTAFET/ “Globe Soccer Awards” – ilin məşqçisi mükafatına finalçılar açıqlanıb. 

Bu barədə mükafatın sosial şəbəkə hesablarında məlumat yayılıb.

İlin baş məşqçisi adına namizədlər bunlardır: Pep Qvardiola (“Mançester Siti”), Karlo Ançelotti (“Real”), Mikel Arteta (“Arsenal”), Simone İnzaqi (“İnter”), Marsel Koller (“Əl-Əhli”), Lionel Skaloni (Argentina millisi), Luçano Spalletti (İtaliya millisi), Xavi (“Barselona”).

Bu mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. 2022-ci ildə bu mükafatı Karlo Ançelotti qazanıb.

Müəllif: Natiq NƏSİROV