Millimizin rəqibləri bəlli oldu

ESTAFET/ Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək yarışda ümumilikdə 5 ölkənin yığma komandası iştirak edəcək.
Millimiz Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış AÇ-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
