Hindistan şahmatçısı “Vüqar Həşimov Memorial-2023”-ün qalibi oldu

ESTAFET/ İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinə yekun vurulub.

Heydər Əliyev Konqres Mərkəzində şahmatçılar bu gün 18 blits partiyada mübarizə aparıb.

İlk gedişi Vüqar Həşimovun ailə üzvləri Ayxan Həşimov və Xanlar Allahverdiyev edib.

Rapid və blits yarışının yekun nəticəsində ümumilikdə 22 xal toplayan Hindistan təmsilçisi Vidit Santoş Qujrati turnirin qalibi adını qazanıb.

Müəllif: Natiq NƏSİROV