Kubokda 1/8 finala start verilir

ESTAFET/ Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.
İlk gündə 2 görüş baş tutacaq.
“Kəpəz” Tovuzda “Sabah”la qarşılaşacaq.
“Sumqayıt” da doğma meydanda “Karvan”la münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan Kuboku
1/8 final
18 dekabr 2023
“Kəpəz” - “Sabah”
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt” - “Karvan”
“Sumqayıt Arena”, 17:00.
