Mönye “Borussiya”dan “İnter”ə keçə bilər

ESTAFET/ “Borussiya Dortmund”un müdafiəçisi Toma Mönye İtaliya nəhəngi “İnter”in düşərgəsinə keçə bilər.
Belçikalı futbolçu mövsümün əvvəlində Axil vətərinin infeksiyasından əziyyət çəkən və oyuna hazırlığını bərpa edə bilməyən Xuan Kuadradonu əvəzləmək seçimlərindən biri kimi nəzərdən keçirilir.
Mönyenin “Borussiya Dortmund”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq, amma alman klubu qışda müqaviləni ləğv edə bilər və bu halda Mönye “İnter”ə azad agent qismində keçə bilər.
