“Liverpul” “Bayer”dən İnkapye ilə maraqlanır

ESTAFET/ “Bayer Leverkuzen”in və Ekvador yığmasının müdafiəçisi Pyero İnkapye qış transfer pəncərəsində “Liverpul”a keçə bilər.

21 yaşlı müdafiəçinin “Bayer”lə müqaviləsindəki təzminat məbləği 70 milyon avrodur.

“Liverpul”un, satınalma məbləğini fəallaşdıraraq İnkapye uğrunda mübarizə aparmağa hazır olduğu vurğulanır.

Müəllif: Məsim MƏSİMZADƏ